Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş konfrans

12 dekabr 2017 | 16:00

12 dekabr 2017-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider in xatirəsini bir dəqiqəlik sükutla yad ediblər .
Konfransı giriş nitqi ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçsı cənab Rafil Hüseynov ümummilli liderin qurucusu və memarı olduğu müstəqil dövlətimizin iqtisadi cəhətdən gücləndirilməsi istiqamətindəki fəaliyyətindən danışıb.
Rayon rəhbəri q eyd edib ki, azərbaycançılıq məfkurəsini dövlətçilik ideologiyasına çevirən u lu ö ndərin əbədiyyətə qovuşmasından 1 4 il ötsə də, onun ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dünyada müharibələrin və iqtisadi böhranın davam etdiyi bir vaxtda Azərbaycanda sabitlik hökm sürür, dövlətimiz gündən-günə inkişaf edir.
Konfransda “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayevin məruzəsi dinlənilib. Məruzəçi ulu öndərin həyatı, dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edən 34 illik siyasi fəaliyyəti barədə danışıb.
Şərəfə kənd tam orta məktəbinin tarix müəllimi Sərmayə Musayeva, Masallı Dövlət Regional Kollecinin metodisti Baba Həsənov, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva çıxışlarında bildiriblər ki, xalqımızın ən ağır vaxtında məsuliyyəti öz üzərinə götürərək siyasi hakimiyyətə qayıdan dahi şəxsiyyət Heydər Əliyev öz uzaqgörən siyasəti ilə Azərbaycanı inkişaf yoluna çıxarıb, dövlətçiliyimizi məhv olmaqdan xilas edib.
Konfransı yekunlaşdıran RİH başçısı Rafil Hüseynov vurğulayıb ki, ulu öndər məhz bu xeyirxah əməllərinə görə xalqın ürəyində əbədi ölməzlik zirvəsinə ucalıb.

Keçidlər