Masallıda sosial-psixoloji amillər və dini radikalizim mövzusunda tədbir
14 dekabr 2017-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında intihara aparan yollar və özünəqəsdin sosial-psixoloji amilləri və dini radikalizim mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Masallı rayonunda fəaliyyət göstərən Masallı Dövlət Regional kollecinin müəllim və tələbələri də iştirak etmişdir.
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Masallı Dövlət Regional kollecinin metodisti Baba Həsənov çıxış edərək son illər ölkəmizdə gənclər arasında baş verən özünəqəsd hadisələrinin cəmiyyətdə böyük narahatçılıq yaratdığını, bunun cəmiyyətimiz üçün böyük bir sosial problem olduğunu bildirdilər.Yeniyetmə və gənclər arasında intiharın artması bu qrupa daxil olanlar arasında psixoloji dözümsüzlük və iradə zəfliyinin, daim artan maddi və mənəvi sıxıntıların, bəzən isə özünü həyatda “gərəksiz” olmaları və s. amillərdir. Məhz bu cür yanaşmalar səbəbindən gənclərin müəyyən bir qismi depressiyaya düşür və nəticədə onların intihar etmək riski daha çox reallaşdığını tədbir iştirakçılarının nəzərinə çatdırdılar.
Daha sonra tədbir iştirakçılarına “Qırılan ömürlər” adlı sənədli film nümayiş etdirildi.
Sənədli filmin nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.Tədbirdə iştirak edən müəllimlər və valideyinlər bu filmin həqiqətən də ciddi problemə toxunulduğunu və bunun yeniyetmə və gənclər arasında geniş təqdimatının keçirilməsinin vacibliyini vurğuladılar.
.