Masallı rayon Kolatan kəndi: İdeoloji işin və uğurlu siyasətin təbliği
Masallı rayonunda ideoloji işin səmərəliliyinin artırılması və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə apardığı siyasətin təbliği ilə əlaqədar tədbirlər davam edir.
15 dekabr 2017-ci il tarixdə mühazirəçilər qrupunun növbəti görüşü Kolatan kənd tam orta məktəbində keçirilmişdir. İctimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbiri Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova açıq elan etmiş, mövzu barədə açıqlama vermişdir.
Masallı Rayon Ağsaqqalar Şurasının sədri Ələşrəf Niftiyev “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasəti”, "Yeni həyat" qəzetinin baş redaktor müavini Rəsul Rzayev " Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qax və Lənkəran rayonunda keçirilmiş respublika müşavirəsindəki nitqindən irəli gələn vəzifələr barədə", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbənin əməkdaşı Kamil Bağırov “Radikalizm və ekstemizm" mövzularında mühazirələr oxumuşlar.
Kolatan kənd tam orta məktəbinin müəllimi Xanhüseyn Musayev sakinlər adından çıxış edib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinin bəyəndiklərini və onun ətrafında sıx birləşdiklərini bildirib, ölkədə gedən quruculuq işlərini təqdir etdi.
Tədbiri yekunlaşdıran RİH başçısının müavini Aybəniz Qafarova ərazidəki məktəblərin keçən dərs ilindəki nəticələrini müqayisə etmiş, Böyük Kolatan tam orta məktəbindəki nöqsanlardan danışmış, təhsilin inkişafı istiqaməıtində tövsiyələr vermişdir.