Masallı taekvandoçuları vətənə qızıl medalla qayıdıblar
02-03 dekabr 2017-ci il tarixlərdə Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “Tbilisi Open” beynəlxalq taekvando turnirində Masallı rayonunun iki idmançısı qızıl medal qazanıb.
Açıq birincilikdə 59 kiloqram çəki dərəcəsində gənclər arasında mübarizə aparan Masallı idmançısı Samir Məhərrəmov iki görüşdə gürcü idmançılara üstün gələrək finala yüksəlib. Həlledici mərhələdə isə həmyerlimiz erməni rəqibini 28/10 hesabı ilə məğlub edərək qızıl medala sahib olub.
Yarışların son günü Masallının daha bir idmançısı - Rahid Vəliyev mübarizəyə qoşulub. 33 kiloqram çəki dərəcəsində döyüşən idmançımız beynəlxalq turnirin ən yüksək mükafatına sahib olub. Növbəti mərhələyədək üç görüş keçirən Rahid Vəliyev finalda gürcü idmançısını məğlub edib.