Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “31dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” nə həsr olunmuş dəyirmi masa

19 dekabr 2017 | 16:00

          19 dekabr 2017-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində  Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” nə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

          Tədbir giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün ümumxalq bayramı kimi qeyd olunmasında ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini vurğulamışdır. Bildirmişdir ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ulu öndərin təşəbbüsü ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin xalqımızın birliyi və həmrəyliyinə yönəl miş ideyalarının əbədi yaşayacağını qeyd edən Camal Manafov  bildirmişdir ki, ölkəmizin gələcək inkişafı harada yaşamasından asılı olmayaraq azərbaycanlıların birliyindən asılıdır. Bu birlik isə getdikcə Azərbaycanın dünyada nüfuzunun daha da artmasına və qüdrətli dövlətə çevrilməsinə  böyük təkan verəcəkdir.
         Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin  aparıcı məsləhətçisi Oktay Mütəllimov güniş məruzə ilə çıxış edərək 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü barədə geniş məlumat vermişdir. Oktay Mütəllimov  əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan bu əlamətdar tarixin dünyanın 70-dən artıq ölkəsində yaşayan soydaşlarımızın azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşməsinə xidmət etdiyini bildirmişdir. O, ulu öndər Heydər Əliyevin "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" ifadəsindən sonra dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların bu millətin nümayəndəsi olmalarını daha böyük iftixar və qürur hissi ilə bəyan etdiklərini qeyd etmişdir. O.Mütəllimov  bildirmişdir ki, məhz ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində bu gün dünyada "Azərbaycan" və "azərbaycanlı" kəlməsinin dəyəri və mahiyyəti daha da artmışdır.
Daha sonra Tədbirdə Masallı rayon Gənclər və İdman idarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman məktəbinin direktoru Elxan Kərimov,C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin müəllimi Təranə Bağırova və başqaları çıxış edərək müstəqil dövlətimizin yaranmasında və inkişafında, azərbaycançılıq ideologiyasının formalaşmasında, dünya azərbaycanlılarının həmrəyliyində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs etmişlər.

Keçidlər