Şriftin ölçüsü :

Saytın rəngi :

İki Masallı pəhləvanı XI Respublika Oyunlarının mükafatını qazanıb

25 dekabr 2017 | 16:00

22-25 dekabr 2017-ci il tarixlərdə Balakən şəhər Olimpiya İdman Kompleksində yeniyetmə sərbəst güləşçilər arasında XI Respublika Oyunlarının final mərhələsinə yekun vurulmuşdur.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının və Balakən rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında təşkil olunan yarışda güləşçilər 15 çəki dərəcəsində qüvvələrini sınamışlar.
Ölkənin şəhər, rayon, klub və cəmiyyətlərindən 160-dək ən güclü yeniyetmə atletin iştirak etdiyi yarışlarda Masallı komandasının üç güləşçisi birincilik uğrunda mübarizə aparmışdır.
Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-nin yetirməsi Məhəmməd Sərxanlı (56 kq) yalnız finalda rəqibinə üstün gələ bilməmiş, ikinci yerə layiq görülmüşdür.
29 kiloqram çəki dərəcəsində mübarizəyə qatılan Məhəmməd Ağazadə isə fəxri kürsünün üçüncü mükafatı ilə kifayətlənmişdir.
 

Keçidlər