Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təqdimatı keçirildi

11 iyul 2013 | 15:00

 

 10 iyul 2013-cü il tarixdə Masallı rayon Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təqdimatı keçirildi. Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan fəal gənclərin və gənclər təşkilatlarının iştirakı ilə keçən tədbirdə 30 nəfər iştirak edirdi. Tədbirdə Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov gəncləri salamladı və Gənclər Fondunun yaranması və fəaliyyəti haqqında ətraflı məlumat verdi. Hazırda elan olunmuş layihə təkliflərinin qəbulu haqqında gəncləri və gənclər təşkilatlarını məlumatlandırdı.
Təqdimatın sonunda Gənclər Fondunun numayəndələri tərəfindən gənclərin sualları cavablandırıldı.
Tədbirdə iştirak edən gənclərə Gənclər Fondu tərəfindən hədiyyələr təqdim olundu.

Keçidlər