Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı rayon təşkilatında 2017-ci ilin yekunlarına dair hesabatı

16 yanvar 2018 | 16:00

16 yanvar 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında 2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

Tədbirdə ərazi ilk partiya təşkilatlarının sədrləri, YAP Masallı Rayon Təşkilatının Gənclər Birliyi, Qadınlar Şurası və YAP fəalları iştirak etmişlər.
Tədbiri Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev açaraq bildirmişdir ki, ölkəmiz özünün inkişaf mərhələsinin yeni bir uğurlu ilini başa vurdu. Qazanılan bütün müvəffəqiyyətlərdə ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının əməyi vardır. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası həyatımızın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirir. YAP-ın milli maraqlarımıza və ölkəmizin inkişafına xidmət edən fəaliyyəti cəmiyyət tərəfindən daim yüksək dəyərləndirilir. Partiyamızın öz fəaliyyətində söykəndiyi ideologiya onu daim uğurlara aparır. Ötən müddət ərzində YAP özünün dünənin, bu günün və sabahın partiyası olduğunu bir daha sübut etdi.
Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün sahələrini əhatə edən səmərəli fəaliyyətindən bəhs edən Seyfəddin Əliyev əlavə edib ki, YAP sahib olduğu strateji resurslarla Azərbaycan siyasi sisteminin alternativsiz siyasi güc mərkəzidir. YAP-ın cəmiyyətə təqdim etdiyi dəyərlər, məqsədlər artıq siyasi ənənə kimi səciyyələndirə biləcəyimiz ideoloji tezislər vasitəsilə Azərbaycan xalqı tərəfindən mənimsənilib.
S.Əliyev Azərbaycanın Dünya miqyasında multikultralizm, dini, milli tolerantlıq və bir çox sahələr baxımından nümunəvi bir ölkə olduğunu, 2018-ci ilin Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan edilməsinin dərin mənası, böyük tarixi əhəmiyyəti olduğunu qeyd etmişdir.
Sonra YAP Masallı Rayon Təşkilatının fəaliyyətindən danışan sözçü siyasi həmfikirlərinin rayonun inkişafındakı rolundan bəhs etmiş, partiya üzvlərinin ölkənin qüdrətlənməsi yolunda möhtərəm Prezidentimizin ətrafında sıx birləşməsini gündəmə gətirmişdir. O, qeyd etmişdir ki, YAP Masallı rayon təşkilatı 11025 partiya üzvünü özündə birləşdirir. Onlardan 3282 nəfərini qadınlar, 3115 nəfərini gənclər təşkil edir. Təkcə 2017-cı ildə 443 nəfər ərizə ilə müraciət edərək partiyanın sıralarına qəbul olmuşdur ki, onlardan 176 nəfərini qadınlar, 289 nəfərini gənclər təşkil etmişdir. Ümumi tərkibdə partiya üzvlərinin 3422 nəfəri ali təhsilli, 2094 nəfəri orta ixtisas təhsillidir.
2017-cı il ərzində YAP Masallı Rayon Təşkilatı özündə birləşdirdiyi ərazi ilk partiya təşkilatlarının sırasına Tarix Diyarşünaslıq Muzeyi və "Asan həyat" kompleksi ərazi ilk partiya təşkilatlarını əlavə edərək ilk təşkilatların sayını 105-ə çatdırmışdır.
Natiq 2018-ci ildə təşkilatın qarşısında duran əsas vəzifələri də tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Çıxış edən Bədəlan ərazi ilk partiya təşkilatının sədri Arif Mehtiyev, Mahmudavar ərazi ilk partiya təşkilatının sədri Camaləddin Ağayev, Qadınlar Şurasının sədri Gülşən Xəlilova və başqaları çıxışlarında ölkədə, eləcə də, rayonda gedən quruculuq və abadlıq işlərindən söz açmış, Yeni Azərbaycan Partiyasının uğurlarından bəhs etmişlər.
Sonda partiya həyatında yaxından iştirak edən bir qrup partiya fəalına YAP Masallı rayon təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələr verilmiş, partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri təqdim olunmuşdur.

Keçidlər