Masallıda sərbəst güləş idman növü üzrə rayon birinciliyi
16-17 yanvar 2018-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının birgə təşkilatçılığı 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş sərbəst güləş idman növü üzrə uşaqlar, yeniyetmə və gənclər arasında Masallı rayon birinciliyi keçirilmişdir.
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şaban Əliyev çıxış edərək yarışın keçirilmə qaydaları barədə idmançıları bir daha məlumatlandırdı və onlara uğurlar arzuladı. Yarış Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimlərindən təyin edilmiş hakimlər tərəfindən idarə olunmuşdur
Tədbirdə,Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək 1990-cı il 20 Yanvar gecəsində baş verənlər haqqında gəncləri məlumatlandırdı. O, bildirdi ki, Azərbaycan gənci bu tarixi milli məfkürəmizin oyanış günü kimi daim qürur və iftixar hissi ilə anmalıdır.Sonda bir daha idmançılara uğurlar arzulayaraq daima Azərbaycan Respublikasının üç rəngli bayrağının ən uca zirvələrdə olmağını bildirdi.
10 çəki dərəcəsində 100 nəfərə yaxın idmançının iştrakı ilə keçirilən yarış olduqca gərgin və mübarizə şəraitində keçirilmişdir. İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.