Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI

20 yanvar 2018 | 16:00

20 yanvar 2018-ci il tarixdə Masallı şəhəri “Qəhrəmanlar parkı”nda 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksində anım mərasimi olmuşdur.

Səhər saatlarından başlayaraq minlərlə rayon sakini 20 yanvar şəhidlərinin xatirəsini yad etmişlər.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat, məktəblilər, ziyalılar, 2-ci dünya və Qarabağ müharibəsinin veteranları və ictimaiyyət nümayəndələri iştirak edərək 20 Yanvar şəhidlərinin abidəsi önünə əklillər, təzə-tər gül dəstələri qoyaraq ruhuna dualar oxumuşlar.
Masallı Xalq Teatrının üzvləri və Masallı Dövlət Regional Kollecinin həvəskar aktyorlarının ifasında “Haray” adlı əbəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
Eyni zamanda, rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirilmiş, Bakı vaxtı ilə saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, nəqliyyat vasitələrində səs siqnalları verilmişdir.

Keçidlər