Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 2 fevral - Azərbaycan Gəncləri günü qeyd edilmişdir

02 fevral 2018 | 16:00

02 fevral  2018-cı il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Masallı rayon Mədəniyyət Mərkəzində “02 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə tədbir keçirilmişdir .
Tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, fəal gənclər, tələbələr, respublika və yerli KİV nümayəndələri iştirak etmişdir.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri qoymuş və ulu öndirin əziz xatirəsi böyük ehtiramla yad edilmişdir.
Tədbirdə  çıxış edən Masallı  Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov 2 fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi, gənclərə xoş arzularını çatdırdı. Bildirdi ki, Azərbaycanda gənclər siyasəti hər zaman dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutur. Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, dövlətçilik məfkurəsinə, yüksək ideyalara malik gənclər formalaşır. Ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsi ardıcıl və məqsədyönlü xarakter daşıyır, bu sahədə bir çox dövlət proqramları uğurla icra olunur. Gəncliyin inkişafı cəmiyyətin, xalqın, millətin ümumilikdə Azərbaycanın tərəqqisi yüksəlişi deməkdir.
Çıxışının sonunda Masallı  Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov Azərbaycan Gəncləri günü münasibəti ilə rayon gənclərini bir daha təbrik etmiş, onlara gələcək təhsillərində və şəxsi həyatlarında nailiyyətlər arzulamışdır.
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbir iştirakçılarını Azərbaycan gəncləri günü münasibəti ilə təbrik etmiş və bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu gün respublikamızın hər yerində olduğu kimi Masallı rayonunda da geniş şəkildə qeyd edilir. Camal Manafov ötən dövr ərzində görülmüş işlər haqqında geniş hesabat məruzəsi ilə çıxış etmiş, Azərbaycan Gəncləri gününün qeyd edilməsi məqsədi ilə idarə tərəfindən xüsusi tədbirlər planının işlənib hazırlandığı toplantı iştirakçılarının diqqətinə çatdırılmışdır. Camal Manafov çıxışında bildirmişdir ki, tədbirlər planı çərçivəsində keçirilmiş çoxşaxəli idman və gənclər tədbirləri rayon gənclərinin böyük marağına səbəb olmuş, keçirilən tədbirlərdə gənclərin kütləviçiliyi təmin edilmişdir.
Tədbirdə Masallı Rayon Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və YAP gənclər birliyinin sədri Məmmədhüseyn Hüseynov, Əməkdar müəllim, "Tərəqqi" medallı Mirqabil Hüseynov, fəal gənclərdən SYSLAB Mərkəzinin kordinatoru Rafət Şirəliyev, Sığıncaq kənd tam orta məktəbinin gənc riyaziyyat müəllimi Əsmər Adıgözəlova, Aprel döyüşçüsü Mansur Quliyev və başqaları çıxış edərək gəncləri təbrik etdi. Onlara gələcək işlərində uğurlar arzulayaraq bir dah gəncləri bütün sahələrdə fəal olmağa çağırdı.
Sonra bir qrup fəal gənclərə Yeni Azərbaycan Partiyası  Masallı Rayon Təşkilatı  tərəfindən hədiyyələrlə mükafatlandırılmış və bir neçə gəncə YAP-nın yeni üzvlük biletləri təqdim olunmuşdur.
Tədbirdə bir qrup fəal gənc dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətinə, elmdə əldə etdiyi yüksək nailiyyətlərə görə, rayonun ictimai həyatında fəal iştirakına görə Masallı Rayon İcra Hakimiyyəti, YAP Masallı Rayon Təşkilatının və  Gənclər və İdman İdarəsinin Fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunmuşlar.
Tədbirdə  idarə tərəfindən ötən dövr ərzində təşkil edilmiş bir sıra müsabiqələrin qalibləri diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.           
Qeyd edək ki, Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin incəsənət ustaları geniş konsert proqramı ilə çıxış etmişlər.

Keçidlər