Şriftin ölçüsü :

Saytın rəngi :

MAHMUDAVAR ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ

18 iyul 2013 | 15:00

Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 17.07.2013-cü il tarixdə Mahmudavar ərazisinin Rüdəkənar kəndində keçirilmişdir. Mahmudavar ərazisi Mahmudavar, Rüdəkənar və Mololon yaşayış məntəqələrini əhatə edir. Ərazinin 6791 nəfər əhalisi və 1570 ha torpaq sahəsi vardır.

Həmçinin ərazidə 2 tam orta məktəb, 2 ümumi orta məktəb, 1 uşaq bağçası, 1 həkim ambulatoriyası, 1 feldşer mama məntəqəsi, 1 həkim məntəqəsi, 1 kitabxana, 1 mədəniyyət evi, 1 EATS və 1 kənd poçtu fəaliyyət göstərir.

Mahmudavar ərazisində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.

Kənd ağsaqqallarından Əlisa Abbasov, Əvəz Nəsirov kənd ziyalılarından Çingiz Fərəcov, Hacırza Ağayev kənd sakinlərindən Ağamməd Şəmmədov, Cəmşid Xanməmmədov və başqaları  çıxış edərək kənd ara yollarının təmir edilməsinə, ərazinin elektrik təsərrüfatında təmir işlərinin aparılmasına, istirahət mərkəzlərində 4 ədəd talvarın tikilməsinə, ərazidəki su kanallarının təmizlənməsinə, Mahmudavar ərazisindəki ümumi orta məktəbin yeni binasının plana salınmasına və Mahmudavar həkim məntəqəsinin  yeni inzibati binasının tikilməsinə görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Sonra sakinlər Rüdəkənar kəndinin təbii qazla təmin edilməsinə, Rüdəkənar kəndində idman meydançasının tikilməsinə, kənd ara yollarının təmir edilməsinə, Rüdəkənar kəndində transformatorun yenisi ilə əvəz edilməsinə və ərazidə yararsız elektrik dirəklərinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər