ŞIXLAR ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ
14 fevral 2018-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Şıxlar kəndində keçirilmişdir.
Ərazidə 1 orta məktəb, 1 tibb məntəqəsi və 1 kənd poçtu fəaliyyət göstərir.
Şıxlar ərazisində təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin geniş icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Kənd sakinlərindən Zərifə Şükürova, Həsən Hüseynov, Nüsrət Əmirov, Əziz Hüseynov, İsmayıl Əhmədov, Qurban Bağırov, Şərəfxan Əhədov və başqaları çıxış edərək əraziyə göstərilən qayğıya görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra sakinlər kənd ara yollarının təmir edilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.