Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasına həsr olunan tədbir keçirilib

13 fevral 2018 | 16:00

Fevralın 13-də Masallı rayon Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları ilk öncə ümummili lider Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, ulu öndərin ruhuna öz ehtiramlarını bildiriblər.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin rayon şöbəsinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbər və məsul işçiləri, təhsil müəssisələrinin ibtidai hərbi hazırlıq müəllimləri, ictimai birliklərin sədrləri və fəal gənclər iştirak ediblər.
Azərbaycanın Dövlət Himni ilə açıq elan olunan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Səfərbərlik marşı” filmi nümayiş edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Fəxrəddin Mirzəliyev bildirib ki, SHXÇDX-nin yaranmasından ötən 6 il ərzində Ali Baş Komandan İlham Əliyevin qətiyyət və ardıcıllıqla apardığı siyasət nəticəsində Azərbaycanın hərbi potensialı dəfələrlə artıb, silahlı qüvvələrimiz öz döyüş qabiliyyətinə görə regionun ən güclüləri sırasında yer alıb. SHXÇDX-nin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaqlar.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov əlamətdar gün münasibətilə qurumun işçilərini təbrik edib. Rayon rəıhbəri qeyd edib ki, ölkəmizin iqtisadi qüdrətinin gündən-günə artması hərtərəfli inkişafı təmin etməklə yanaşı, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin xüsusi diqqəti ilə davam etdirilən ordu quruculuğu prosesinə də əhəmiyyətli təkan verməkdədir. 2016-cı ilin aprel ayında təmas xəttində baş verən hadisələrdə Azərbaycan ordusunun qətiyyətli mübarizəsi ordu quruculuğumuzun inkişafını bir daha təsdiq etdi.
Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, MƏSQVT rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, “Qarabağ müharibəsi əlilləri və şəhid anaları” ictimai birliyi rayon şöbəsinin sədri Nahid Rəhimov diqqətə çatdırıblar ki, dünyada nüfuz sahibinə çevrilən Azərbaycan öz inkişaf tempi ilə ciddi nailiyyətlər əldə edib, strateji prioritetlərinin reallaşdırılması istiqamətində mühüm addımlar atıb.
Çıxışlarda həmçinin gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı ilə bağlı mühüm nəticələrin əldə edildiyi vurğulanıb.
Tədbirdə SHXÇDX-nin rayon şöbəsinin bir qrup əməkdaşları, ictimai təşkilatların rəhbər və nümayəndələri təltif ediliblər.

Keçidlər