Masallı rayon ağsaqqalları prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləyəcəklər
17 fevral 2018-ci il tarixdə Masallı rayon ağsaqqallar Şurasının iclasında prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə qərar qəbul olunub.
İclasda çıxış edən Masallı rayon ağsaqqallar Şurasının sədri aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyinin Şura tərəfindən dəstəkləndiyini söyləyib. Ə.Niftiyev deyib ki, ulu öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir, ölkədə sabitlik mövcuddur. Məhz ümummilli lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan 1990-cı illərin əvvəlində yaranmış ağır böhrandan çıxa bildi. Bu gün Prezident İlham Əliyevin apardığı siyasət Heydər Əliyev siyasətinin davamıdır. Biz masalılı ağsaqqallar İlham Əliyevin namizədliyini dəstəkləməliyik. YAP-ın namizədi olan İlham Əliyevin xalq qarşısında gördüyü işlər göz qabağındadır. Prezident seçkilərində İlham Əliyevin alternativi yoxdur. Biz İlham Əliyevə səs verməklə Azərbaycanın firavanlığına, sabitliyinə səs verəcəyik.
Tədbir MƏSQVT Masallı şöbəsinin sədri Məmmədaqa Şiriyev , Masallı şəhər ağsaqqallar Şurasının sədri, Əməkdar Müəllim Mirqabil Hüseynov və başqaqlarının çıxışlarları ilə davam edib.
Rayon ağsaqqallar Şurasının qarşıdakı seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləməsi barədə qərar qəbul olunub.