Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA MİLLİ MƏTBUAT GÜNÜ QEYD EDİLDİ

23 iyul 2013 | 15:00

22 iyul Milli Mətbuat günü münasibəti ilə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının inzibati binasında Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun cənub bölgəsi üzrə jurnalistlərlə görüşü olmuşdur. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov tədbirdə iştirak edən mətbuat işçilərini Milli mətbuat günü münasibəti ilə təbrik etmiş və onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Natiq ölkədə siyasi plüralizmin təmin edilməsini, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə əlverişli şərait yaradılmasını dövlət siyasətlərindən biri kimi dəyərləndirmiş, kütləvi informasiya vasitələrinə  dövlət dəstəyini xüsusi qeyd etmişdir. Görüşdə yerli mətbuatda Masallı ilə bağlı məsələlərin işıqlandırılmasını yaxşı hal kimi qeyd edən rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov bu sahədə əməyi olan jurnalistləri mükafatlandırdı.

            Jurnalistlərdə öz növbələrində onlara göstərilən qayğı və diqqətə görə rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər