Masallıda əhalinin növbəti tibbi müayinəsi davam edir
12 fevral 2018-ci il tarixdən Masallı rayon Mərkəzi Xəstəxanasında əhalinin növbəti tibbi müayinəsinə başlanılıb.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən tibbi müayinənin ilk günündən bu günə kimi Masallı Rayon Mərkəzi Xəstəxanasında 20 min nəfərdən yuxarı humanitar aksiyadan yararlanıb. Onlardan 600 nəfərində xəstəlik aşkar olunub. 10 nəfər müalicə almaqdan ötrü Bakı şəhərinə yola salınıb. 700 nəfərə Masallıda tibbi yardılm göstərilib.
İnsanların sağlamlığının qorunmasına xidmət edən tibbi müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə rayonda xüsusi komissiya və yüksəkixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları yaradılıb.
Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov bildirib ki, humanitar aksiya paralel olaraq Kalinovka kənd və Boradigah qəsəbə xəstəxanalarında da təşkil olunub.
Tibbi müayinədən keçən rayon sakinləri yaradılan şəraitdən və işin təşkilindən razı qaldıqlarını qeyd edərək, insanların sağlamlığının qayğısına qalan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, mayın 12-dək davam edəcək humanitar aksiyada Masallı rayonunun 200 mindən çox sakini tibbi müayinələrə cəlb olunacaq.