Şriftin ölçüsü :

Saytın rəngi :

KÖHNƏ ALVADI ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ

21 fevral 2018 | 16:00

21 fevral 2018-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu Köhnə Alvadı ərazisində keçirilmişdir. Ərazinin 4032 nəfər əhalisi və 791 ha torpaq sahəsi vardır.

Həmçinin ərazidə 1 tam orta məktəb, 1 həkim məntəqəsi, 1 EATS və 1 poçt fəaliyyət göstərir.
  Köhnə Alvadı ərazisində təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir.
Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Kənd sakinlərindən Mahir Qurbanov, müəllim Təyyar Qarayev, Nizam Cəbrayılov, Ərəstun Əliyev, Qəhrəman Tovuzlu və başqaları çıxış edərək əraziyə göstərilən qayğıya görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra sakinlər kənd ara yollarının təmir edilməsinə və asfaltlaşdırılmasına köməklik göstərilməsini və kənddə yeni məktəb tikilməsini xahiş etmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər