Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Ümumdünya Mülki Müdafiə günü qeyd olundu

01 mart 2018 | 16:00

01 mart 2018-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Ümumdünya Mülki Müdafiə günü münasibətilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev açmışdır.
Tədbirdə Masallı rayon İcra hakimiyyəti fövqəladə hallar qərərgahının rəisi İnqilab Mirzəyev Mülki Müdafiə günü münasibətilə məruzə edərək bildirdi ki, 1972-ci il martın 1-də Beynəlxalq Mülki Müdafiə təşkilatı yaradılmış, 1993-cü ildə Azərbaycan Respublikası bu təşkilatın tərkibinə daxil olmuşdur.
Rayon Təhsil şöbəsinin, rayon Mərkəzi xəstəxanasının FH qərərgahının rəisləri Əyyar Burhanov və Zəkəriyyə Babayev təşkilatlarında keçirilən Mülki Müdafiə  tədbirlərindən danışmış, baş verə biləcək fövqəladə hallara qarşı əhali, o cümlədən məktəblilər arasında maarifləndirmə işlərindən bəhs etmişlər.
Masallı rayon  Dövlət Yanğından Mühafizə hissəsinin rəisi daxili xidmət mayoru Qabil Nemətov baş verə biləcək təbii və texnogen, eləcə də yanğın və digər hadisələrin qarşısının alınmasında başçılıq etdiyi hissənin əməkdaşlarının daim fəal olduğunu bildirmişdir.

Keçidlər