Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Gəncəvi adına parkda təşkil edilmiş sferik mobil kinoteatrların qurulması və filmlər nümayiş olunmuşdur

30 iyul 2013 | 15:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "Profi-Az" şirkəti ilə birgə ölkəmizdə ilk dəfə olaraq respublikanın rayon və şəhərlərində sferik mobil kinoteatrların qurulması və maarifləndirici filmlərin nümayiş olunması davam etdirilir. Gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması, dünyagörüşlərinin artırılması, yay istirahətlərinin səmərəli təşkil edilməsi məqsədi ilə  yuxarıda qeyd olunan filmlərin nümayişi Masallı rayonunda da təşkil edildi.
27-28 iyul 2013-cü il tarixlərdə Masallı rayon Nizami Gəncəvi adına parkda 2 ədəd sferik mobil kinoteatr quruldu. Mobil kinoteatrların hər birində hər seansda 50 nəfər olmaqla, hər saatda bir dəfə maarifləndirici və əyləndirici filmlər nümayiş olundu. Filmlər 27 və 28 iyul tarixlərində hər gün saat 12:00-dan 18:00-a qədər davam etdirildi.
Nümayişlərdə ümumilikdə 1500 nəfərdən yuxarı uşaq, yeniyetmə və gənclər iştirak etdilər.
Nümayişlər çox maraqla qarşılandı.

Keçidlər