Masallıda 05 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir
05 mart 2018-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilarçılığı ilə 05 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbiri şiriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bədən tərbiyəsi və idman günü münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. O öz çıxışında qeyd etmişdir ki, Azərbaycanda idmana dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində idmançı olmaq çox şərəfli bir peşəyə çevrilmişdir. Son illər idman bölmələrinə müşahidə edilən axın bir daha göstərir ki, gənclərimiz, uşaqlarımız idmanla məşğul olmaq istəyirlər. Azərbaycanda idmanın inkişafı üçün çox gözəl şərait yaradılmışdır. Bu inkişaf həm gənclərimizi sağlam, möhkəm iradəli, həm də vətənpərvər kimi yetişdirmək məqsədini daşıyır. Sonra 2017-ci il ərzində idmançılıarımızın uğurlarından danışaraq bir daha idmançılarımıza gələcək yarışlarda uğurlar arzulamışdır.
Sonra tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin direktoru Elxan Kərimov, “Əməkdar məşqçi” Xanağa Quliyev, “Əməkdar Bədən Tərbiyəsi və İdman işçisi” Tahir Məmmədov, məşqçi müəllimlərdən Təhmasib İsayev, Sabir Lətifov ,Süfəddin Məmmədov, Seyran Babayev və başqaları çıxış edərək Dövlətimiz tərəfindən idmanın inkişafının və idmançılara göstərilən qayğıdan , Azərbaycanda sağlam gəncliyin formalaşdırılması, ölkəmizin idman nüfuzunun yüksəldilməsi və beynəlxalq aləmdə daha da tanınmasından danışaraq bildirdilər ki, Bu gün ölkəmizdə müasir standartlara cavab verən Olimpiya idman kompleksləri , idman Mərkəzlərinin fəaliyyət göstərməsi və idmanın inkişafına dair qəbul edilən dövlət proqramları yeniyetmələrə, gənclərə, eyni zamanda idmançılara göstərilən qayğının parlaq nümunəsidir.
Sonda İdman sahəsində qazandığı uğurlara görə bir qurp idmançılara və məşqçi-müəllimlərə Gənclər və İdman İdarəsi tərəfindən Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldı.