YAP Masallı rayon təşkilatında 8 mart günü qeyd edildi
06 mart 2018-ci iltarixdə YAP Masallı rayon təşkilatı aparatında 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq tədbir iştirakçılarını 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etmiş və bildirmişdir ki, “Hər bir cəmiyyətin inkişaf səviyyəsi, o cəmiyyətdə qadına olan münasibətlə sıx bağlıdır. Azərbaycanda qadın adı həmişə uca tutulmuş, böyük ehtiram göstərilmişdir. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüzillərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar”.
Seyfəddin Əliyev qeyd etmişdir ki, keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Qəhrəmanlıqla dolu keçmişimizə nəzər salsaq, görərik ki, istər torpaqlarımızın müdafiəsində, milli dövlətçiliyin formalaşmasında və idarə olunmasında, istərsə də xalqımıza məxsus dəyərlər sisteminin yaşadılmasında xidmətləri olan qadınlarımıza hörmət və ehtiram əlaməti olaraq xatın, bəyim, banu və xanım kimi adlar verilərək ehtiram göstərilmişdir. Xalqımız üçün çox müqəddəs olan vətənin, torpağın və dilin ana vətən, ana torpaq, ana dili adlandırılması da Azərbaycan türklərində qadın, ana adına verilən yüksək qiymətin ifadəsidir.
Seyfəddin Əliyev nitqində vurğuladı ki, bütün bunları nəzərə alan ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”.
Seyfəddin Əliyev Azərbaycan qadınlarının hər birinin ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti ətrafında sıx biləşdiyini, Onun yolunda fəaliyyətlərini davam etdirdiyini vurğuladı.
YAP Masallı rayon təşkilatının sədr müavini Aygün Quliyeva çıxış edərək bildirmişdir ki, bu gün müstəqil Azərbaycanda dövlət-qadın siyasəti özünün inkişaf mərhələsindədir. Qadınlarımız ölkə həyatının müxtəlif sahələrində yaxından iştirak edirlər. Bu, bir tərəfdən qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələrlə bağlıdırsa, digər tərəfdən həyata keçirilən dövlət-qadın siyasəti və yaradılan şəraitlə bağlıdır.
Tədbirdə iştirak edən təşkilatın Qadınlar Şurasının üzvləri Aybəniz Qafarova, Sevil Qəhrəmanova, Rəhimə Rəhimova, fəal qadınlardan Göyçək Ələsgərova, Flora İbadova və başqaları çıxış edərəkqadınlarımızın rayonun sosial-iqtisadi inkişafında böyük pay sahibi olduqlarını bildirdilər.