Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydaları barədə tədbir

15 mart 2018 | 16:00

15 mart 2018-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı Rayon İcra Hakimiyyəti və BDYP İdarəsi 11-ci Yol-Patrul Xidməti Alayının təşkilatçılığı ilə “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə təhsil, hüquq-mühafizə işçiləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri, KİV əməkdaşları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynov açmış, mövzunun aktuallığını gündəmə gətirmişdir.
BDYP İdarəsi Yol-Patrul Xidməti Alayının 11-ci tağımının komandiri, polis mayoru Hikmət Qafarov yol hərəkəti təhlükəsizliyinin qaydalarının təmin edilməsi barədə məlumat vermişdir.
Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov və Masallı RPŞ DYPB-nın rəisi, polis kapitanı İkram Məmmədov bu sahədə rayonda aparılan tədbirlərdən danışmışlar.
MƏSQ rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Ərkivan qəsəbə ərazi nümayəndəsi İsrail Tağıyev və başqaları şıxış etmiş, təkliflər vermişlər.
Tədbirdə verilən suallar cavablandırılmışdır.

Keçidlər