Şriftin ölçüsü :

Saytın rəngi :

QIZILAVAR ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ

25 iyul 2013 | 15:00

Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 24.07.2013-cü il tarixdə Qızılavar ərazisinin Dəlləkoba kəndində keçirilmişdir. Qızılavar ərazisi Qızılavar və Dəlləkoba yaşayış məntəqələrini əhatə edir. Ərazinin 3971 nəfər əhalisi və 837 ha torpaq sahəsi vardır.

Həmçinin ərazidə 1 tam orta məktəb, 2 ümumi orta məktəb, 1 tibb mərkəzi, 1 həkim məntəqəsi, 1 kitabxana, 1 mədəniyyət evi, 1 EATS və 1 kənd poçtu fəaliyyət göstərir.

Qızılavar ərazisində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.

Kənd ağsaqqallarından Mail Salayev, Oktay İbadov kənd ziyalılarından Uğur Ağayev, Şərafət İsrafilov kənd sakinlərindən Xanoğlan Ağayev, Səxavət Paşayev və başqaları  çıxış edərək Kənd yollarının qreyderlənməsinə,  yol kənarlarında abadlıq işlərinin görülməsinə, tras boyu elektrik dirəklərinin təmirinə, küçə işıqlarının ödənişlərinin sahibkarların ödəməsinin təmininə, İmam Əlinin mövludunun qeyd edilməsinə, İstirahət parkının tikintisinin başlanmasına, son zəngin keçirilməsinə, seçki məntəqələrinin təmirinə və Şəhid Əfqan Mirzəyevin doğum günündə ziyarət olunmasına görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Sonra sakinlər istirahət mərkəzinin tikintisinin başa çatdırılmasına, kənd ara yollarının təmirinə, qışa hazırlıqla bağlı elektrik dirəklərinin yanında olan ağacların budanmasına, əhalinin içməli suya ehtiyacını nəzərə alaraq artezian quyusunun qazılmasına və kənd qəbiristanlığının yarımçıq qalmış hasarının tamamlanmasına köməklik göstərilməsini xahiş etmişlər.

Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər