Şəhid Əlizadə Eynullayevin xatirəsinə həsr olunmuş turnirə yekun vuruldu
25 aprel 2018 | 16:00
Masallı rayonunun Gəyəçöl kənd stadionunda aprelin 18-də start verilən futbol üzrə rayon turniri başa çatıb. Turnir Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş Əlizadə Eynullayevin xatirəsinə həsr edilib.
Masallı rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda altı komanda qələbə uğrunda mübarizə aparıb.
Turnirin yekun nəticələrinə əsasən “Xıl” komandası birinci, Gəyəçöl kəndinin gənclərdən ibarət komandası ikinci, həmin kəndin veteranlardan ibarət komandası isə üçüncü yeri tutub.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıbla