Şriftin ölçüsü :

Saytın rəngi :

Aztəminatlı ailələrə Ramazan bayramı münasibətilə sovqat paylanıldı

18 mart 2013 | 16:00

Masallı Rayon İcra Hakimiyyəti tərəfindən ramazan bayramı münasibətilə Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkün, o cümlədən digər aztəminatlı ailələrə bayram sovqatı göndərilmişdır.

 Bu kateqoriyadan olan mindən artıq ailənin evlərində Rayon İcra Hakimiyyətinin nümayəndələri olmuş, şəhid ailələrinin, Qarabağ əlillərinin və məcburi köçkünlərin problemləri ilə maraqlanmışlar.

 Göstərilən diqqət və qayğıya görə Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər aztəminatlı ailələr Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər