Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər

01 may 2018 | 16:00

01 may 2018-ci il tarixindən başlayaraq Masallı şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir.

Tədbirdə Masallı rayonunun ümumtəhsil məktəblərinin VII-VIII və IX siniflərinin şagirdləri üçün mühazirələr oxunub.
Tədbirdə Heydər Əliyev Mərkəzinin işçisi Aygün Cahangirova məktəblilər qarşısında Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar mühazirə oxuyub. O, qeyd edib ki, 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi.
1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.
Heydər Əliyev Mərkəzinin işçisi Aygün Cahangirova iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Cümhuriyyətin 100 illiyi ilə əlaqədar müsabiqə də keçirilib. Suallara doğru cavab verən, müsabiqədə fərqlənən məktəblilərə Respublika günü münasibətilə keçiriləcək tədbirlərdə təqdim ediləcək.
Tədbirlərin sonunda Mərkəzin 3D kinozalında Xalq Cümhuriyyətinin 100 illiyi haqqında video-material izlənib.

Keçidlər