Masallıda “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik konfrans
03 may 2018-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov qeyd etdi ki, mənsub olduğu xalqın tarixi keçmişinə , mədəni irsinə və mənəvi dəyərlərinə sönməz məhəbbət duyğuları ilə yaşayan Ümummilli lider həm də, bu dəyərlərin qoruyucusu olmuşdur.
Tədbirdə Masallı Dövlət Regional Kollecinin müəllimi Nazim Əliyev “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı məruzəsində qeyd etdi ki, Ulu öndərimiz Heydər Əliyev Azərbaycançılığın bütün tərkib hissələrini, milli-ideologiyamızın strukturlarına daxil etməklə mədəniyyət və dövlətçiliyin sintesindən çıxış edib. Ona görə də azərbaycançılığın əsas komponetlərindən biri milli dövlətçilik , digəri isə milli -mənəvi dəyərlərdir.Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət , həqiqi xalq ola bilməz.
Daha sonar tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxışında vurğuladı ki,Ümummilli lider Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin , milli mədəniyyətimizin inkişafına , xalqın adət-ənənələrinin zənginləşməsinə yardımçı olmuş, xalqımızın mədəniyyətimizin təntənəsinə xidmət edən islam dininin zəngin dəyərlərindən dönməmiş və bu dəyərlərə həmişə sadiq qalmışdır.
Tədbirdə fəal gənclərdən Sona Cəlalova ,Səid Abbasova və digə ,çıxış edən natiqlər, Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə verdiyi tövhələrdən söz açmışlar.
Diskusiya şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır