Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı məktəblisi respublika üzrə “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatını qazanıb

04 may 2018 | 16:00

04 mmay 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində Respublika məktəbliləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Ən yaxşı təqdimat” müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.


Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsi Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsi tərəfindən birgə təşkil olunub. Müsabiqənin nəticələrinə əsasən, 8 nəfər birinci, 14 nəfər ikinci, 18 nəfər üçüncü dərəcəli diploma, 25 nəfər isə tərifnaməyə layiq görülüb.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.
Dövlət qurumları nümayəndələrinin, Milli Məclisin deputatlarının, ali məktəb rektorlarının, təhsil işçilərinin, şagirdlərin iştirak etdikləri tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb. 
Mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, ümummilli liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb, respublika rəhbərinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq reallaşdırılan tədbirlərdən danışıb.
Nazir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilə xüsusi diqqət və qayğı göstərdiyini, təhsil sahəsində həyata keçirilən layihələr sayəsində tədris ocaqlarının maddi-texniki bazalarının daha da möhkəmləndirildiyini, təhsildə qazanılan uğurları, qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, ulu öndərin rəhbərliyilə ölkədə təhsilin, elmin inkişafı istiqamətində görülən işlərin önəmindən də bəhs ediblər.
Məktəblilər arasında təşkil olunan müsabiqənin əhəmiyyətini vurğulayan çıxışçılar qalibləri təbrik edib, şagirdlərə gələcək həyatlarında uğurlar arzulayıblar.
Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.
Masallı rayon məktəblisi – B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin IX sinif şagirdi Feyzullayev İqrar Anar oğlu müsabiqənin II dərəcəli diplomu ilə təltif olunub.

Keçidlər