Xırmandalı-Həsənli avtomobil yolunun açılışı
08 avqust 2013-cü il tarixdə Xırmandallı-Həsənli yolunun uzunluğu 7 kilometr olan yeni çəkilən avtomobil yolunun açılışı olmuşdur. Təbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon rəsmləri, idarə və təşkilat rəhbərləri, həmçinin kənd sakinləri iştirak ediblər. İlk əvvəl kənd ağsaqqaları çıxış edərək kənddə yeni yolun çəklişinə və kənddə görülən digər abadlıq işlərinə görə rayon rəhbərliyinə və ölkə prezidentinə öz minnətdarlıqlarını bildirmişlər. Tədbir iştirakçılarını müqəddəs ramazan bayramı və bu ikiqat bayram, kəndə yeni, müasir yolun çəkilişi münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək vurğulamışdır ki, bu gün Respublikada rayon mərkəzlərinin və kəndlərin yolları abadlaşdırılır, avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində ardıcıl iş aparılır. Bu proses Masallı rayonunda da geniş vüsət almışdır. Yol çəkilişi insanlara rahatlıq gətirməklə yanaşı, hər bir bölgənin inkişafını müəyyən edən əsas amillərdən biridir. Çünki yol olmadan hərtərəfli inkişafa nail olmaq mümkün deyil. İnsanların rahatlığı, bölgənin davamlı sosial-iqtisadi inkişafı üçün müasir avtomobil yolunun mövcudluğu əsas məsələdir.
Sonda kənd sakinləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər və qarşıdan gələn prezident seçkilərində alternativi olmayan Prezident İlham Əliyev cənablarına səs verəcəylərini bildiriblər.
Sonda rəmzi lent kəsilmişdir.