Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi

07 may 2018 | 16:00

07 mmay 2018-ci il tarixdə Masallı şəhər Mədəniyyət Mərkəzində Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının, Masallı Regional Mədəniyyət İdarəsinin və Masallı Dövlət Regional Kollecinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ictimayyətinin nümayəndələri, ziyalılar, veteranlar, müəllim və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev açaraq, görkəmli şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan tarixində oynadığı roldan, dövlətçilik qarşısındakı xidmətlərindən danışıb. O, bildirib ki, müasir Azərbaycanın qurucusu və memarı olan ulu öndərin həyat və fəaliyyəti hər bir azərbaycanlı üçün nümunədir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli Heydər Əliyev ideyalarından, onun böyük dövlətçilik məktəbindən ölkəmizin inkişafı və rifahı naminə faydalanacaqdır.

YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev ulu öndərin gənclərə böyük qayğısından, onlara inamından danışaraq bildrib ki, Heydər Əliyev Azərbaycan gəncliyini Azərbaycan dövlətinin gələcəyi adlıandırırdı. Ulu öndərin irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın yeni və davamlı inkişaf modeli kimi özünü doğrultdu, ölkə həyatının bütün sahələrində dönüş yarandı, hərtərəfli sosial-iqtisadi inkişafın əsası qoyuldu. Azərbaycanda güclü ordu formalaşdı. 1994-cü ilin ikinci yarısından başlayaraq görkəmli dövlət xadimi Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi nəticəsində region üçün böyük iqtisadi və geosiyasi əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi” imzalandı və bundan sonra Azərbaycanda inkişafın yeni mərhələsi başlandı.

Natiq diqqətə çatdırıbki, bu gün dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli idarəçiliyi, beynəlxalq nüfuzu, ölkə rəhbərinə hədsiz ümumxalq məhəbbəti bir daha göstərir ki, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan daha böyük uğurlara, yeni-yeni zəfərlərə doğru inamla addımlayır.
 
Sonra Masallı Xalq Teatrının üzvlərinin, Masallı Dövlət Regional Kollecinin tələbələrinin ifasında “Dahi” kompozisiyası nümayiş olunub.

Keçidlər