Böyük Vətən Müharibəsi veteranları ilə görüş
07 may 2018-ci il tarixdə rayon ərazisində yaşayan Böyük Vətən Müharibəsi veteranları ilə görüş keçirilmişdir.
Masallı rayon İcra hakimiyyətinin məsul işçiləri, rayonun idarə və təşkilatların rəhbərləri, rayon Mərkəzi Xəstəxanasının həkim briqadası, KİV nümayəndələri Böyük Vətən Müharibəsi iştirakçılarının evinə baş çəkmişlər.
Görüş zamanı veteranlar – Masallı şəhərindən Qulamhüseyn Məmmədov, Binə Xocavar kənd sakini, Lenin və ”Qızıl Ulduz” ordenlı Atabala Hacıyev, Xırmandalıdan Simran Quliyev, Xıllı Mürşüd Hüseynov, Kalinovkalı Cənnət Teymurov, Boradigahlı Məmmədhəsən Abbasov, Hişkədərəli Oruc Bədəlov, Mahmudavarlı Əlibala Kişiyev cəbhə xatirələrindən, ölkə rəhbərinin onlara qayğı və ehtiramından danışmışlar.
Masallı RİHB-nın müavini Aybəniz Qafarova veteranların problemləri ilə maraqlanmış, səhiyyə işçiləri veteranları müayinə etmiş, səhhətində problemi olanlara yardım göstərmiş, tibbi məsləhətlər verilmişdir.