Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Tekvando idman növü üzrə açıq rayon birinciliyi keçirilib

20 may 2018 | 16:00

          19-20 may 2018-cı il tarixlərdə  Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Regional Taekvando Mərkəzində Azərbaycan Xalq Cumhuriyyətinin yaradəlmasının 100 illik yubileyinə  həsr olunmuş Taekvando idman növü  üzrə  uşaqlar və yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilib.

Yarışın açılış mərasimində  Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək idmançıları salamlamış və Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğısından  danışmışdır. Və bildirmişdir ki, bu yarışın keçirilməsində əsas məqsəd rayonda Taekvando idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək, uşaq və yeniyetmələrin  idmana olan marağını daha da artırmaqdır.
       Tədbirdə yarışın baş hakimi Ədalət Ağayev çıxış edərək bu mötəbər yarışın   təşkilində əziyyəti olan insanlar öz dərin minnətdarlıqlarını bildiriblər.
Sonra 11  çəki dərəcəsində 170 nəfərə yaxın  uşaq və yeniyetmə  idmançıların iştrakı ilə keçirilən yarış olduqca gərgin və mübarizə şəraitində keçirilmişdir. İki gün davam edən yarışda Lənkəran rayonundan 2 komandanın , Cəlilabad rayonundan 2 komandanın , Biləsuvar rayonundan 2 komandanın , Bakı şəhərindən 2 komandanın , Sumqayıt şəhərində 1 komandaların iştrak etdiyi birincilikdə  Masallı rayon komandası I yerə, Lənkəran rayon komandası II yerə,Bakı şəhərinin komandası isə III yerə layiq görülmüşdür.
      Sonda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və  medallarla mükafatlandırılmışlar.

Keçidlər