Şriftin ölçüsü :

Saytın rəngi :

Səmidxan ərazisində Alışanlı tibb məntəqəsinin və Səmidxan-Seybətin avtomobil yolunun açılışı olmuşdur

09 avqust 2013 | 15:00

08 avqust 2013-cü il tarixdə uzunluğu 3 kilometr olan Səmidxan-Seybətin avtomobil yolunun və Alışanlı kənd tibb məntəqəsinin açılışı olmuşdur. Açılışda Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon rəsmləri, idarə və təşkilat rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişlər. Tədbirdə kənd sakinlərindən İmanqulu Məmmədov, Həzrətqulu Həsənov və başqaları çıxış edərək. Onlara göstərilən yüksək diqqət və qayğıya görə İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirmişlər. Sonra rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək kənd sakinlərini Ramazan bayramı və bayram gününə təsadüf edən əlamətdar hadisə, yeni çəkilən Səmidxan-Seybətin avtomobil yolunun , həmçinin Alışanlı kənd tibb məntəqəsinin açılışı münasibətilə təbrik etmişdir.

Sonda açılışı bildirən rəmzi lentlər kəsilmişdir.

Keçidlər