Şriftin ölçüsü :

Saytın rəngi :

HƏSƏNLİ ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBULU

30 may 2018 | 16:00

       Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş - qəbulu Həsənli ərazisində keçirilmişdir.

       Həsənli ərazisi Həsənli, Köçəkli, Təkdam və Məmmədxanlı  yaşayış məntəqələrini əhatə edir.

    Həsənli ərazisində təşkil olunmuş görüş kənd mədəniyyət evində keçirilmişdir. Görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açaraq əhalini salamlamış, onları cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik etmiş, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir.
     Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov geniş nitqində rayonda müasir kənd təsərrüfatı sahələrinin inkişafından Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Şıxlar kəndində modul tipli məktəbin tikilməsindən, yararsız elektrik dirəklərinin yenisi ilə əvəz edilməsindən danışmışdır. Rayon rəhbərinin geniş və hərtərəfli şərhi, tövsiyə və məsləhətləri sakinlərdə böyük maraq yaratmışdır. Sonra sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
     Kənd sakinlərindən Gəncəli Hüseynov, Hüseyn Hüseynov, Yusif Hüseynov, Səyyad Quliyev, Əliməmməd Hüseynov və başqaları çıxış edərək əraziyə göstərilən qayğıya görə kənd əhalisi adından ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
     Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər