Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Çay və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyası" mövzusunda elmi-praktik konfrans

01 iyun 2018 | 16:00

01 iyun 2018-ci il tarixdə Masallı rayon Kənd Təsərrüfatı İdarəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzi, Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Masallı rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Çay və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyası” mövzusunda elmi-praktiki seminar keçirilib.

Tədbir Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında müvafiq Sərəncamına əsasən təşkil olunub.
Seminarda Masallı RİH başçısının müavini Nəsir Muxtarlı “Kənd təsərrüfatının inkişafında proqnozlaşdırma”, Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev “Yaşlaşmış və zəif düşmüş çay plantasiyalarında məhsuldarlığın bərpa olunması yolları”, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Azərbaycanda kənd təsərrüfatının inkişafında elmin rolu” mövzusunda məruzə ilə çıxış ediblər. Qeyd olunub ki, çayçılığın və sitrusçuluğun inkişafı ilə bağlı dövlət proqramlarının qəbul edilməsi bu sahələrin inkişafına, daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialının gücləndirilməsinə xidmət edəcək.
Diqqətə çatdırılıb ki, ölkəmizdə çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilib, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılıb. Azərbaycanda çayçılığın sənaye miqyaslı inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin qayğısı və səyi ilə ötən əsrin 70-80-ci illərində baş verib.
Tədbirdə Masallı Rayon Kənd Təsərrüfatı İdarəsinin rəis müavini Eldəniz Musalı, Lənkəran Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov, çay və subtropik bitkilər şöbəsinin əməkdaşı, dosent İsa Hüseynov, çayçılıq briqadiri Mirqasım Bağırov və digər çıxış edənlər mövzu ilə bağlı fikir və təkliflərini bildiriblər.

Keçidlər