Sərçuvar-Sirəbil avtomobil yolunun açılışı
08 avqust 2013-cü il tarixdə uzunluğu 1,5 kilometr olan Sərçuvar-Sirəbil avtomobil yolunun açılışı olmuşdur. Açılışda Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon rəsmləri, idarə və təşkilat rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişlər. Əvvəlcə kənd ağsaqqalı Azər İsmayılov, ziyalı Zayid Məmmədov və başqaları çıxış edərək kəndə yeni avtomobil yolunun çəkilişinə və kənddə görülən digər abadlıq-quruculuq işlərinə görə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirək qarşıdan gələn Prezident seçkilərində alternativi olmayan İlham Əliyevə yekdilliklə səs verəcəklərini vurğuladılar. Sonra rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək əvvəlcə kənd sakinlərini ramazan bayramı münasibətilə təbrik edərək yeni çəkilən yola görə də kənd sakinlərinə xeyir-dua vermişdir.
Sonda rəmzi lent kəsilmişdir.