Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Milli adət ənənələrimiz, milli dəyərlərimiz xalqımızın sərvətidir” mövzusunda konfrans

07 iyun 2018 | 16:00

         07 iyun  2018-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığıl ilə “Milli adət ənənələrimiz, milli dəyərlərimiz xalqımızın sərvətidir” mövzusunda  konfrans keçirilmişdir.
           Tədbiri giriş sözü ilə Masallı  rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov açaraq iştirakçıları salamlayıb. Milli mənəvi dəyərlər mövzusunda məruzə ilə çıxış edən C.Manafov  ulu öndər Heydər Əliyevin hər zaman milli mənəvi dəyərlərimizə ,adət-ənənələrimizə yüksək qayğı və diqqət göstərdiyini bildirib. Ümummilli Liderin bu siyasətinin hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.Bildirilib ki, hər bir xalqı dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərdən biri onun milli mənəvi dəyərləri,adət-ənənələri  və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Bu baxımdan qloballaşan dünyada milli adət-ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir. Azərbaycan da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəməxsus adət-ənənələri, yüksək mənəviyyatı ilə diqqəti cəlb edir.
        Tədbirdə Rayon Təhsil şöbəsinin metodisti Gülağa Məmmədov   çıxış edərək bildirdi ki, Bu gün respublikamızda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı, eləcə də gənclər siyasəti sahəsində görülən işlərin bir-biri ilə koordinasiyalı şəkildə aparıldığını söyləyən natiq, bu sahədə görülən işlərdən ətraflı danışıb.
          Sonda tədbir iştirakçıları ilə müzakirələr aparılıb və mövzu ətrafında verilən suallar cavablandırılıb.

Keçidlər