Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunun Məmmədoba kəndində yeni tibb məntəqəsinin açılışı

17 iyun 2018 | 16:00

17 iyun 2018-ci il tarixdə Masallı rayonunun Tüklə kəndi ərazisinin Məmmədoba kəndində tibb məntəqəsi üçün yeni binanın açılış mərasimi olmuşdur.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov və aparatı, mərkəzi rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərov və kollektivi, ictimaiyyət nümayəndələri, KİV əməkdaşları və kənd sakinləri iştirak etmişlər.
Mərasimdə çıxış edən Masallı RİHB-nın Tüklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kərim Ağayev, kənd ağsaqqallı Hənifə Məhərrəmov, Məmmədoba kənd sakini Səadət Əliyeva və başqaları bölgələrdə sosial problemlərin həlli, ucqar kəndlərdə tibbi xidmətin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində Masallıda böyük işlərin görüldüyünü diqqətə çatdırmış, bunun üçün Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərinə dərin minnətdarlıqlarını bildirmişlər. Onlar son illərdə rayonda səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmışlar.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik etmiş işlərində uğurlar arzulamış rəmzi lenti kəsərək tibb məntəqəsinin açılışını etmiş və otaqlarda yaradılmış şəraitlə tanış olmuşdur.

 

Keçidlər