Şriftin ölçüsü :

Saytın rəngi :

Qodman kəndində EATS-in yeni inzibati binasının açılışı olmuşdur

09 avqust 2013 | 15:00

Möhtərəm prezidentimiz İlham Əliyevin 2013-cü ili informasiya və telekommunikasiya texnologiyaları ili elan etməsi ölkədə bu sahəyə diqqət və qayğını daha da artırmışdır. Ölkə başçısının təşəbbüsü çərçivəsində bu il respublikamızda müasir texnologiyalar əsasında elektron ATS üçün yeni binaların tikilməsi nəzərdə tutulmuşdur.

Belə ki, 08 avqust 2013-cü il tarixdə Masallı rayonun Qodman kəndində 256 abonent tutumlu elektron ATS-in yeni tikilmiş inzibati binasının açılışı olmuşdur.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Aztelekom İB-nin operativ şöbəsinin müdiri, rayon rəsmləri, idarə və təşkilat rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişlər.

Tədbirdə kənd sakinlərindən Allahverdi Allahverdiyev, Əli Əliyev və başqaları çıxış edərək vurğuladılar ki, ölkədəki inkişaf özünü ən ucqar kəndlərdə belə göstərməkdədir. Uzun illər ərazimiz diqqət və qayğıdan uzaq olmuşdur. Ancaq ötən il kəndimizdə ən müasir, yaraşıqlı məktəb binası istifadəyə verildi, kəndimizə yeni yol çəkilir. Bu gün isə kəndimizin mərkəzində EATS binasının amılışıdır. Bu qayğı və diqqətə görə biz möhtərəm prezidentimiz İlham Əliyev cənablarına minnətdarlığımızı bildiririk.

 Rayon   Telekommunikasiya Qovşağının rəisi Səməd Abıyev kənd sakinlərini təbrik edərək demişdir ki, Rayonumuzda rabitə xidməti ilbəil yaxşılaşır. Hazırda ATS-lərimizdə müasir texnologiyalar tətbiq edilir. İndi rayonda 24 min-dən çox abonent elektron ATS-lərin xidmətindən istifadə edir. İnformasiya və telekommunikasiya texnologiyalarının sürətli inkişafı möhtərəm prezidentimizin həyata keçirdiyi siyasətin tərkib hissəsidir.

Sonda Rayon icra hakimiyyəti başçısı Rafil Hüseynov Qodman və əraziyə daxil olan kəndlərin sakinlərini salamlayaraq ramazan bayramı və bu əlamətdar gün münasibətilə təbrik etmiş, xeyir-dua verərək demişdir:

 -Azərbaycanın iqtisadi qüdrəti artdıqca xalqın rifahı da yaxşılaşır. İndi Azərbaycanın kosmosda özünün peyki mövcuddur. Bu o deməkdir ki, rabitə və telekommunikasiya sahəsində də ölkəmizin müstəqilliyi təmin olunub. İnformasiyalara nəzarətimiz var. Möhtərəm prezidentimizin təşəbbüsü ilə 2013-cü ilin informasiya və telekommunikasiya texnologiyaları ili elan edilməsi ölkəmizdə bu sahənin inkişafına daha da təkan verəcəkdir. Bu təşəbbüsün bəhrəsini siz kəndinizdə görürsünüz. Yeni elektron ATS sizin bu sahədəki problemlərinizin həllində əhəmiyyət kəsb edəcəkdir. İndi kompyuter əsridir. Sürətli internet sizi dünyanın hər yeri ilə birləşdirəcək, informasiya bolluğu yaradacaqdır.

 Kənd sakinlərinə xeyir-dua verən rayon rəhbəri binanın açılışını bildirən rəmzi lenti kəsmişdir.

 

Keçidlər