Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı rayon təşkilatının “Ordumuz - qürurumuzdur” mövzusunda tədbiri

25 iyun 2018 | 16:00

25 iyun 2018-ci il tarixdə YAP Masallı rayon təşkilatının “Ordumuz - qürurumuzdur” mövzusunda tədbiri keçirmişdir.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev məruzə ilə çıxış edərək bildirmişdir ki, Silahlı Qüvvələrin yaranmasının 100 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib, Azərbaycan Ordusunun yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin Ordumuzun formalaşmasında və gücləndirilməsindəki xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycan Ordusu yarandığı 100 il müddətində keşməkeşli və şərəfli yol keçib. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə yaranan Silahlı Qüvvələr həmin dövrdə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatlarda düşməni ağır məğlubiyyətə uğradaraq ölkənin ərazi bütövlüyünün müdafiəsini təmin edib. Sovet Rusiyasının Azərbaycanı işğalından sonra Milli Ordunun ləğv edilməsinə baxmayaraq, xalqımız hərbi ənənələri qoruyub saxlayıb.
Böyük siyasi xadim Heydər Əliyevin ordu quruculuğunda əvəzsiz xidmətlərindən bəhs edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Ulu Öndər 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi yaratmaqla gənclərimizin bu istiqamətdə təhsil almalarını təmin etdi. Ulu Öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra pərakəndə hərbi dəstələrin əvəzinə vahid komandanlıqdan idarə olunan nizami ordu formalaşdırıldı. Ulu Öndərin ordu quruculuğu sahəsindəki siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, işğal altında olan torpaqlarımızı azad etmək qüdrətində olduğunu bir daha göstərdi.
Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətlərin Masallı rayon şöbəsinin leytenantı Babək Hacıyev Silahlı qüvvələrə göstərilən diqqət və qayğı nəticəsində düşməni hər an məhv etməyə qadir olan güclü ordumuzun formalaşdığını bildirib. Vurğulayıb ki, Azərbaycan Ordusu torpaqlarımızın və xalqımızın müdafiəsində əzmlə dayanıb və işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə qısa vaxtda azad etməyə hazırdır.
Sonda çıxış edən Rəmzi Şahverdiyev, Əziz Əliyev,Əhməd Xancanov və başqaları bildiriblər ki, Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məkrəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal olunmuş əraziləri düşməndən azad etməli, ölkənin ərazi bütövlüyünü qorumalıdır. Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

Keçidlər