Nəqliyyat naziri Masallıda vətəndaşları qəbul edib
20 avqust 2013-cü il tarixdə Nəqliyyat naziri Ziya Məmmədov Masallı şəhərindəki Gənclər Mərkəzinin binasında vətəndaşları qəbul edib. Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından 30-dək vətəndaşı qəbul edən Z. Məmmədov onların şikayət və təkliflərini dinləyib.
Görüşə Milli Məclisin deputatı, “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov və Nəqliyyat Nazirliyinin digər rəsmiləri də qatılıblar. Vətəndaşların müraciətləri əsasən rayonlararası və kənddaxili yolların bərpası, dağ çayları üzərində körpülərin salınması, işlə təmin olunmaq və digər məsələlərlə bağlı olub. Qəbul zamanı qaldırılan bir sıra məsələlər elə yerindəcə həllini tapıb, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb.