“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi növbəti tədbirini Masallı rayonunun Bədəlan və Hişkədərə məktəblərində
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi növbəti tədbirini Masallı rayonunun Bədəlan və Hişkədərə məktəblərində keçirib
Xəbər verdiyimiz kimi “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin fəalları Masallı rayonuna səfəri zamanı kəndlərdə də tədbir keçiriblər.
13 iyul 2018-ci il tarixdə Bədəlan kənd tam orta məktəbində "Kitab günü" keçirilib. Məktəbin akt zalındakı tədbiri Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov açaraq qonaqları salamlayıb, bilik mənbəyi olan kitabın təbliğindən, tədbirin mahiyyətindən danışıb.
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Arzu Bağırova tədbirin mahiyyətini açıqlayıb, kitabın təbliği ilə bağlı maarifləndirmənin vacibliyinə toxunub, gəncləri kitaba, mütaliəyə sevgi ilə yanaşmağa çağırıb.
Millət vəkili Qənirə Paşayeva tədbir üçün yaradılan şəraitə görə rayon rəhbərliyinə təşəkkürünü bildirib, kitabın insanlara verdiyi mənəvi dəyərlərdən maraqlı, yaddaqalan fikirlər söyləyib.
Kitab təbliği ilə məşğul olan xeyriyyə cəmiyyətinin sədri Fidan Abaslı, C.Cabbarlı adına Ərkivan qəsəbə tam orta məktəbinin məzunu Arzu Əliyeva, Bədəlan kənd tam orta məktəbinin müəllimi Məhbubə Şahbazova, ərkivanlı müəllim Manijə Yəhyayeva, Dəmirçi kənd ümumi orta məktəbinin direktoru Aygün Şükürova, habelə Mətanət Paşayeva, Gülsurə Bəşirova, Rəfiqə Cavadova, Bədəlan kənd tam orta məktəbinin direktoru Arif Mehtiyev, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Loğman Şahbazov və başqaları çıxış ediblər.
Tədbirdə iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini Aybəniz Qafarova kitabın və mütaliənin böyük məziyyətlərindən danışıb, valideynlərə tövsiyələr verib iştirakşılara təşəkkür edib.
Sonda Millət vəkili Qənirə Paşayeva uşaqlara və məktəb kitabxanasına kitablar hədiyyə edib.
Günün ikinci yarısında Hişkədərə kənd tam orta məktəbində "Asudə vaxtı necə necə səmərəli keçirməli" mövzusunda tədbir keçirilib.Məktəbin akt zalındakı tədbiri Masallı rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov açaraq qonaqları salamlayıb mövzunun mahiyyətindən danışıb.
Tədbirdə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Arzu Bağırova, Millət vəkili Qənirə Paşayeva, yazıçı, jurnalist, "525-ci qəzet"in Baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid, şair Xəyal Rza, Hişkədərə məktəbinin tarix müəllimi Bahadur Abdullayev, 648 balla ali məktəbə qəbul olan Boradigah qəsəbə 2 nömrəli tam orta məktəbinin məzunu Pakizə Qasımova, "Cənub xəbərləri" qəzetinin redaktoru Zahir Əmənov, məktəbin direktor müavini Fiqura Qurbanova, Mahmudavar tam orta məktəbinin direktoru Xanım Əliyeva, Hişkədərə tam orta məktəbinin direktoru İlham Ağayev, məktəbin müəllimi Xanımağa İmanova, Hişkədər5ə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Qumriyyə Cəfərova və başqaları çıxış ediblər.
Tədbirdə iştirak edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova kitabın böyük məziyyətlərindən danışıb valideynlərə tövsiyələr verib, asudə vaxtın necə səmərəli keçirilməsi barədə fikirlər söyləyib, iştirakşılara təşəkkür edib.
Sonda Millət vəkili Qənirə Paşayeva və yazıçı, jurnalist, "525-ci qəzet"in Baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid uşaqlara və məktəb kitabxanasına kitablar hədiyyə edib.