Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 22 iyul-Milli Mətbuat Günü qeyd olundu

21 iyul 2018 | 16:00

21 iyul 2018-ci il tarıxdə Milli Mətbuat günü münasibəti ilə Masallı rayonunda ənənəvi hal almış respublikanın qabaqcıl və tanınmış kütləvi informasiya vasitələri nümayəndələriylə görüş keçirildi.
Tədbirdən əvvəl media nümayəndələrinin rayonun Heydər Əliyev Mərkəzinə, Masallı uşaq-incəsənət məktəbinə, Tariox-Diyarşünaslıq Muzeyinə və Viləşçay Park-bulvar komleksinə infoturu oldu.
"Masallı oteldə"  keçirilən t ədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı jurnalistləri 22 iyul – Milli Mətbuat günü münasibəti ilə RİH başçısı cənab Rafil Hüseynov və öz adından təbrik etdi. Qeyd etdi ki, Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaratmış və şanlı jurnalistlər nəsli yetişdirmişdir. Bu gün hamımızın bayramıdır.
Azərbaycanda demokratik mətbuatın formalaşmasında, azad fikrin ifadəsi yolunda ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar əvəzsiz olmuşdur. Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirmiş, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək vermişdir. Çox əlamətdar və xoş haldır ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlət başçımızın sərəncamına əsasən KİV işçiləri üçün inşa edilmiş yaşayış binaları bunun bariz nümunəsidir. Təbii ki, ölkəmiz, Bakı dəyişir və Masallı da dəyişir. Bundan da gözəl olacaq. Buna görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarıq.
N.Muxtarlı Masallının ümumi inkişafından danışaraq qeyd etmişdir ki, möhtərəm Prezidentimiz İlham Əliyev Cənabları 201 6 -сı ildə Masallıda olmuş, “Asan həyat” kompleksi, Tarix-Diyarşünaslııq Muzeyi, uşaq-incənət məktəbi, Bayraq Meydanı, Dövlət Rəmzləri Muzeyi, içməli su sisteminin açılışına xeyir-dua vermişdir. Bu gün Masallıda Sənaye Məhəlləsinin, Viləşin ikinci növbəsinin və turizm şəhərciyinin salınması layihələrinin həyata keçirilməsi, torpaqlardan səmərəli istifadə edilməsi, minlərlə iş yerinin açılması, insanların məşğulluğunun təminatı deməkdir.
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev bütün mətbuat nümayəndələrini 22 iyul – Milli Mətbuat günü münasibəti ilə təbrik etdi, yeni yaradıcılıq uğurları arzuladı.
Mətbuat işçiləri adından çıxış edən Pərvanə Əliyeva, İsmayıl Cəfərli,  Zahir Əmənov,  Elşən Əliyev, Rəhman Məlikov, Asəf Ayazoğu, Rövşən Əzimov və başqaları dövlətimizin başçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və rayon rəhbərliyinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirdi.
Süfrə arxasında jurnalistlər yaradıcılıq planlarından danışdılar.
Sonda mətbuat nümayəndələrinə mükafatlar verildi.

Keçidlər