Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında gənclərin rolu
24 iyul 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov,dini icma sədrləri və gənclər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bildirib ki,bugün Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır. Azərbaycan Respublikası bütün dünyada demokratik,hüquqi və dünyəvi dövlət kimi tanınır.O, qeyd etdi ki, Azərbaycan bir çox millətlərin və konfesiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir.Ölkəmizdə dövlət-din münasibətləri çərçivəsində bütün dini konfesiyalar qanun qarşısında eyni statusa malikdir.
DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov çıxışında Azərbaycanda dövlət-din münasibətlərindəki uğurlardan və bu sahədə qanunvericilik bazasının formalaşdırıldığını diqqətə çatdırdı.Natiq qeyd edib ki, Azərbaycanda dini və mənəvi azadlıq təmin olunub,dinlərin nümayəndələri azad şəkildə öz ibadətlərini həyata keçirirlər.
İlahiyyat üzrə fəlsəfə doktoru,Masallı şəhəri “Hacı Mirağa” məscidi dini icmasının sədri Əliqulu Qardaşov,Masallı Şəhəri Heydər Əliyev Mərkəzinin elmi işçisi Aybəniz Novruzova və başqaları çıxışlarında dövlət-din münasibətlərinin formalaşmasında gənclərin rolunu önə çəkərək, digər ölkələrin dövlət-din münasibətlərində Azərbaycan modelindən nümunə götürldüyünü qeyd etdilər.