Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda Kompyuter oyunları üzrə VIII Azərbaycan çempionatının zona seçim turu keçirildi.

15 avqust 2013 | 15:00

13-14 avqust 2013-cü il tarixlərdə Masallı rayon "Poliqon"  internet klubunda   Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Kiber İdman Federasiyası  tərəfindən Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayon komandalırının iştirakı ilə Kompyuter oyunları üzrə VIII Azərbaycan çempionatının zona seçim turu keçirildi. Çempionatda qeyd olunan rayonların hər birindən 2 komanda 2 fərdi oyunçu iştirak etdi.

Gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, internet, kompyuter texnologiyaları sahəsində biliklərini artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək məqsədilə keçirilən yarışda Counter-Strike oyunu üzrə Masalllı, FİFA SOCCER 2013 və SUPER STREET FİGTER IV oyunu üzrə Astara, Cross Fire üzrə Cəlilabad rayon komandası qalib gələrək Bakı şəhərində təşkil olunacaq final mərhələsinə vəsiqə qazandılar.

 

Keçidlər