Şriftin ölçüsü :

Saytın rəngi :

Qədim sənətimiz müasir dövrdə

31 iyul 2018 | 16:00

30 iyul 2018-ci il tarixdə Masallı Şəhər "Asan xidmət"in "İncəsənət məktəbi"ndə rayon Tarix-Diyarşünaslıq Muzeyi və "ABAD"ın sənətkarlıq mərkəzinin birgə layihəsi əsasında "Qədim sənətimiz müasir dövrdə" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə rayonda yaşayan sənətkarlar, o cümlədən rəssamlar, bacarıqlı əl sahibləri iştirak etmişlər.
Foyedə Masallı sənətkarlarının əl işlərindən ibarət zəngin sərgi nümayiş etdirilmişdir.
Tamaşaçılar dulusçuların, sandıq ustalarının, xalçaçılarının, zənbil toxuyanların və miskərlərin hazırladıqları əl işlərinə maraqla baxmışlar.
Sənət və sənətkarlıq haqqında diskussiya şəklində keçirilən tədbiri  giriş sözü ilə muzeyin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva açmışdır. Elmira Ağayeva xaqlçaçılıq sənəti və onun Masallıda inkişafından, dulusçu Cəsarət Nuriyev ata-baba sənətinin yaşatmasından, miskər Taleh bu sənətin formalaşmasındakı fəaliyyətindən, "ABAD" sənətkarlıq mərkəzinin direktoru Ümid Quliyev yerli sənətkarların hazırladıqları əşyaların satışının reallaşdırılmasından, Masallı Rəsm Qalereyasının elmi işçisi Təhmasib Məcidov qalereyanın fəaliyyətindən danışmışlar.
Tədbir maraqlı keçmiş, müxtəlif mövzular cavablandırılmışdır.
Təkliflərə münasibət bildirilmişdir.
Tədbiri Ə.Tağıyeva yekunlaşdırmışdır. O, bildirmişdir ki, tədbirin davamı olaraq  Masallı Tarix-Diyarşünaslıq Muzeyində sentyabr ayının 1-nə kimi "Sehirli ilmələr" mövzusunda bədii tikmələrin nümayişi keçiriləcəkdir.

Keçidlər