Şriftin ölçüsü :

Saytın rəngi :

YEYƏNKƏND ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBUL

01 avqust 2018 | 16:00

1 avqust 2018-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş - qəbulu Yeyənkənd ərazisində keçirilmişdir.
         Yeyənkənd ərazisində təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açaraq əhalini salamlamış, diqqəti  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham ƏLİYEVİN Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqinə cəlb etmişdir. Rayon rəhbəri  son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov geniş nitqində rayonda müasir kənd təsərrüfatı sahələrinin inkişafından, məktəb və səhiyyə obyektləri tikintisindən, elektrik xətt təsərrüfatının yeniləşməsi, qaz çəkilişindəki uğurlardan, bir sıra infrastruktur layihələrin uğurla həyata keçirilməsindən danışmışdır. Rayon rəhbərinin geniş və hərtərəfli şərhi, tövsiyə və məsləhətləri sakinlərdə böyük maraq yaratmışdır. Sonra sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
     Ərazi sakinlərindən Zülfüqar Hacıyev, Tofiq Hüseynov, Məmmədəli Məcidov, Qəhrəman Eyvazov çıxış edərək əraziyə göstərilən qayğıya görə kənd əhalisi adından ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, təklif və müraciətlərini səsləndirmişlər.
     Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını bildirmişdir.

Keçidlər