Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

10 avqust 2018 | 16:00

    Regionların  sosial-iqtisadi  inkişafına  və  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı təminatına dair Dövlət  Proqramlarında  nəzərdə  tutulmuş  tədbirlər  rayonumuzda  uğurla  həyata  keçirilir.

    Kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacağa və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına yardım verilməsi , habelə istehsalçılara satılan mineral gübrələrin  dəyərinin orta  hesabla 50  faizinin dövlət tərəfindən maliyyə vəsaitinin  ayrılması, kənd  təsərrüfatı  məhsullarının satışı  üzrə yarmarkaların təşkil edilməsi yetişdirilən məhsulun itkisiz yığılmasına müsbət təsir etmiş və hesabat ilində əsas kənd təsərrüfatı məhsullarının istehsalında artıma nail olunmuşdur.

      2018-ci ilin yanvar-iyun aylarında rayon üzrə istehsal olunmuş dəyəri 380298.5 min manat olan ümumi məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 63697.8 min manatını, yəni 16.7 faizini  kənd təsərrüfatı məhsulları təşkil edir. Kənd təsərrüfatının aparıcı sahəsi bitkiçilik və heyvandarlıqdır.

      2018-ci ilin yanvar-iyun aylarındarayonun kənd, meşə və balıqçılıq təsərrüfatının ümumi məhsulu faktiki  qiymətlərlə 63697.8 min  manat  məhsul  istehsal  olmuşdur  ki, bu  da  keçən  ilin  müvafiq dövründəkindən 816.9 min manat və ya 1.3 faiz çoxdur.         

   2018-ci ilin 6 ayında kənd təsərrüfatı müəssisələrində 79675 nəfər işçi çalışmış, onların 373 nəfəri hüquqi şəxslərin müəssisələrindəndir ki, verilən əmək haqqının miqdarı 411.1 min manat olmuşdur.                                                                     

Kənd təsərrüfatına aid dövlət müəssisələrində bir işçinin orta aylıq əmək haqqı 178.5 manat  olmuşdur.

Keçidlər