Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda baramaçılıq inkişaf etdirilir

14 avqust 2018 | 16:00

Masallıda baramaçılığın inkişafının nəticəsi olaraq bu il ümumilikdə 75 qutu olmaqla 3,406 ton barama tədarük edilmişdir.

Artıq “Azər-İpək” MMC tərəfindən qəbul edilmiş yaş baramanın hər kiloqramına 4,0 manat olmaqla kümçülərin cari və kart hesablarına vəsait ödənilmişdir.
Dövlət vəsaiti hesabına yaş baramanın hər kiloqramına görə 5 manat subsidiya məbləği də yaxın günlərdə ödəniləcəkdir.
Masallı rayonda baramaçılığın inkişaf etdirilməsi və nəticədə barama saxlayan ailələrin büdcəsinə maddi kömək göstərilməsi üçün mövcud tut bağlarının budanması ən vacib şərtlərdəndir. Keçən mövsümdə bununla bağlı müəyyən tapşırıqlar verilsə də budanma işləri hələ də tam başa çatdırılmamışdır.
Bələdiyyələr budama işlərini qısa vaxt ərzində başa çatdırmasını təmin etməlidirlər.

Keçidlər